MN: Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərimizi yenidən atəşə tutub

İyunun 11-də saat 13.45-dən başlayaraq Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan mütəmadi atəşə tutulub.

Bu barədə Leqal.info-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır", - nazirlikdən bildirilib.

Qeyd edək ki, son günlər Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində gərginlik davam edir. Ermənistan silahlı qüvvələri iyunun 10-da da Kəlbəcər istiqamətində bölmələrimizə atəş açmışdı.скачать dle 10.6фильмы бесплатно
11-06-2021, 18:00
Baxıs: 30 532
Reyting: