allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Polisə tabe olmayan sürücü ilə bağlı RƏSMİ AÇIQLAMA » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Polisə tabe olmayan sürücü ilə bağlı RƏSMİ AÇIQLAMA

Polisə tabe olmayan sürücü ilə bağlı RƏSMİ AÇIQLAMA Bakı Şəhər Baş Polis İdarəsi sosial şəbəklərədə yol polisinə tabesizlik göstərilməsi ilə bağlı yayılan videogürüntülərə münasibət bildirib.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, qurum məsələ barədə məlumatılıdır: "Fakt dekabrın 20-də Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb. Hərəkət sıxlığının intensiv olduğu prospektdə manevr etmə qaydasını pozduğu üçün yol-patrul xidməti əməkdaşları "Chevrolet Aveo” markalı avtomaşına "saxla” işarəsi verib.
Sürücü yol-patrul xidməti əməkdaşlarının qanuni "saxla” tələbinə qəsdən əməl etməyərək hərəkəti davam etdirməklə, digər hərəkət iştirakçılarına real təhükə yaradıb. Hərəkət iştirakçılarının təhlükəsizliyini təmin edən yol-patrul xidməti əməkdaşları marşurut üzrə süni tıxac yaratmaqla həmin avtomobili dayandırıblar. Sürücü özü və avtomaşına aid heç bir sənəd təqdim etməyərək tabesizlik göstərdiyi üçün saxlanılaraq Nərimanov RPİ-yə təhvil verilib.
Sürücü ətrafında araşdırma zamanı avtomobili idarə edən şəxsin R.Quliyev olması müəyən olunmaqla, onun izahatı alınıb. O, izahatında tələsdiyi üçün avtomaşını saxlamadığını bildirib. Sürücü əməlindən peşiman olduğunu qeyd edib, yol polisinin onun əsaslı olaraq saxladığını, məsuliyyətdən yayınmaq üçün "tələsirəm” deməsini etiraf edib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.3 maddələrilə inzibati protokol tərtib olunaraq sərbəst buraxılıb.
11:05
Baxıs: 1520
Reyting: