Gələn aydan "Lider TV"nin yayımı dayandırılır
Milli Televiziya və Radio Şurası (MTRŞ) "Lider TV"nin lisenziyası ilə bağlı qərar verib.
Leqal.info xəbər verir ki, qərar MTRŞ-nin mayın 24-də keçirilən iclasında elan olunub. Qərara əsasən, "Lider TV və Radio-Azərbaycan" MMC-nin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğunu nəzərə alaraq Milli Televiziya və Radio Şurası "Lider TV və Radio-Azərbaycan" MMC-yə ümumrespublika televiziya və radio yayımı üçün verilmiş 19 yanvar 2018-ci il tarixli, 169 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verilib və "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımının 01 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılır. |
XƏBƏR LENTİ
Dünən, 09:46
Dünən, 09:46
Dünən, 09:46
Dünən, 09:46
Dünən, 09:46
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57
23-04-2024, 08:57