allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Təcridxanada cəza çəkən qardaşına narkotik keçirmək istədi, qarşısı alındı » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Təcridxanada cəza çəkən qardaşına narkotik keçirmək istədi, qarşısı alındı

Təcridxanada cəza çəkən qardaşına narkotik keçirmək istədi, qarşısı alındı Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar xidmətdən Trend-ə verilən məlumata görə, xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Əliyev Röyal Mansur oğluna qardaşı Kürdəmir rayon sakini Əliyev Əhliman Mansur oğlu tərəfindən gətirilən sovqata baxış keçirilən zaman sovqatın yığıldığı parça çantanın hər iki dəstəyinin içərisində xüsusi üsulla tikilərək gizlədilmiş bükülülərdə narkotik maddə - ümumi çəkisi 6.883 qram heroin və 1.004 qram metanfitamin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
09:19
Baxıs: 2560
Reyting: