Bakının küçə və parklarından birinə Polad Həşimovun adı verildi

Bakı şəhərinin küçələrindən birinə Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adı verilib.

Bu barədə Leqal.info-ya Xətai Rayon İcra Hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qərar qəbul olunub. Qərara əsasən, Xətai rayonunda yerləşən Naximov küçəsinin adı dəyişdirilərək Polad Həşimov küçəsi adlandırılıb.

"Yaxın zamanlarda həmin küçədə şəhid general-mayor Polad Həşimovun adını daşıyan park da istifadəyə veriləcək", - icra hakimiyyətindən bildirilib.скачать dle 10.6фильмы бесплатно
7-05-2021, 17:30
Baxıs: 39 600
Reyting: