Latviyalı deputatların Qarabağa səfəri planlaşdırılır

Latviya Seyminin (parlament) bir qrup deputatının Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına səfəri planlaşdırılır.

Leqal.info Şərqi Avropa bürosunun məlumatına görə, deputatlar Roman Naudinş, Armand Krauz və digərlərinin iyunun 7-dən 9-dək Azərbaycana səfəri nəzərdə tutulub.

Səfər zamanı onlar işğaldan azad edilmiş bölgələrdə olaraq Ermənistan tərəfindən törədilmiş təcavüz faktları ilə yerində tanış olacaqlar.скачать dle 10.6фильмы бесплатно
5-05-2021, 12:35
Baxıs: 34 690
Reyting: