allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Bakıda bir gündə 3 nəfər itkin düşdü - Müəmma » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Bakıda bir gündə 3 nəfər itkin düşdü - Müəmma

Bakıda bir gündə 3 nəfər itkin düşdü - Müəmma Bakıda iki gənc qız və bir kişi itkin düşüb.
Hadisə paytaxtın Binəqədi, Xətai və Nizami rayonlarında qeydə alınıb.
Belə ki, 2002-ci il təvəllüdlü Aydan Rəhimova noyabrın 15-də yaşadığı Binəqədi qəsəbəsi, Mərkəzi küçəsində yerləşən fərdi yaşayış evindən çıxıb və bir daha geri qayıtmayıb.
Bundan başqa, 2004-cü il təvəllüdlü Aynurə Əmirova noyabrın 15-də yaşadığı Xətai rayonu, T.Hacıbabayev küçəsi 3 ünvanından, 1987-ci il təvəllüdlü Teymur Kərimov eyni gündə yaşadığı Nizami rayonu, Q.Qarayev prospekti, 61 ünvanından çıxıb və bir daha geri qayıtmayıblar.
Hər üç şəxsin yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.
Faktla bağlı aidiyyatı üzrə polis bölmələrində araşdırma aparılır.
09:26
Baxıs: 1840
Reyting: