allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Sumqayıtda 5 marketdən seyf oğurlayan şəxslər saxlanılıblar » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Sumqayıtda 5 marketdən seyf oğurlayan şəxslər saxlanılıblar

Sumqayıtda 5 marketdən seyf oğurlayan şəxslər saxlanılıblar Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində marketlərdən silsilə oğurluqlar edən şəxslər saxlanılıblar. Nəticədə şəhər sakinləri Elnur Bağırov və Emin Nəzərov tutularaq istintaqa təqdim ediliblər.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, araşdırma zamanı onların müxtəlif vaxtlarda Sumqayıt şəhərində xüsusi texniki vasitələrlə qorunmayan 5 marketdən içərisində pul olan seyflər oğurladığı məlum olub. Dəstə üzvləri mağazalara daxil olan zaman sonradan ifşa olunmamaları üçün obyektlərin daxilində olan müşahidə kameralarının yaddaş bloklarını da özləri ilə götürüblər.
Emin Nəzərov və Elnur Bağırov seyflərdən bir neçəsini marketlərin içində açsalar da, digərlərini özləri ilə aparıblar. Onlar seyfləri açandan sonra izi itirmək məqsədi ilə Sumqayıt şəhərindəki su hövzələrindən birinə atıblar. Qeyd edək ki, dəstə üzvü olan Elnur Bağırov həmin mağazalar şəbəkəsində əvvəllər kassir işlədiyi üçün oğurluq etmək təklifi də ondan gəlib.
Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
07:53
Baxıs: 1600
Reyting: