Təhsil nazirinə yeni müavin təyin olunub

Azərbaycanın təhsil nazirinə yeni müavin təyin olunub.

Leqal.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Muxtar Məmmədov təhsil nazirinin müavini təyin edilib.

Bu gün təhsil naziri Emin Əmrullayev yeni müavini nazirliyin kollektivinə təqdim edib. O, M.Məmmədova uğurlar arzulayıb.

Qeyd edək ki, yeni müavin bundan əvvəl Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb. Hazırda həmin vəzifəyə təyinat yoxdur.скачать dle 10.6фильмы бесплатно
30-04-2021, 11:00
Baxıs: 39 322
Reyting: