BNA üzərinə düşən işin öhdəsindən gələ bilmir

Bakı Nəqliyyat Agentliyi iş mexanizmini düzgün qaydada həyata keçirmir

Leqal.info ictimai nəqliyyatda baş verən xoşagəlməz hadisələrlə bağlı dəfələrlə məlumatı işıqlandırsa da nədənsə BNA rəhbəri məlum qüsurların aradan qaldırılması üzrə nə əməkdaşlarına ciddi göstəriş verir nə də özü sözügedən problem üzrə ictimaiyyətə çıxıb maraqlanır. Son zamanlar BNA əməkdaşları aidiyyatı oldu olmadı təyin olunmuş ərazilərdə dayanan avtomobilləri əsassız fotolarını, avtomobillərin içəri şəkillərini çəkib daha sonra mobil telefon vasitəsilə cərimə yazırlar. Cərimə proseduru olmalıdır necə qayda qanun çərçivəsində, yəni qanunla qadağan olunmuş ərazilərdə avtomobil saxlandıqda və.s Əsassız cərimə yazılan avtomobil sürücüləri çox vaxt olur ki, BNA əməkdaşları ilə az qala əlbəyaxa çıxalar. Burada bir epizod yada düşür keçmiş Nəqliyyat Nazirliyinin qoçuları bir vaxtlar sabiq nəqliyyat naziri Ziya Məmmədovun səriştəsiz idarəçiliyi ucbatından nəqliyyatı demək olar ki, iflic etmişdilər. Məhz bu səbəbdən vətəndaşlar keçmiş Nəqliyyat Nazirliyi əməkdaşlarına niftət hissi ilə baxırdılar. İndi də həmin mənzərə BNA əməkdaşlarının özlərini qoçu kimi aparıb əsaslı əsassız cərimə yazmaları sürücüləri cana yığıb. Əsassız cərimələr yazmaqdansa BNA sədri əməkdaşlarına göstəriş versə yaxşı olar ki, ictimai nəqliyyatda olan xoşagəlməz qüsurların aradan qaldırılması üçün mühüm tədbirlər görülsün. Axı sərnişin dayanacaqlarındakı oturacaqlar sındırılır, dispetçerlər özləri üçün dayanacaqa kreslo qoyurlar. Bilmirsən ki, dayanacaq sərnişin dayanacaqıdı yoxsa istirahət mərkəzi üçün skamyalardı. Leqal.info araşdırma əsasında ictimai nəqliyyatda qüsurların bir qismini izləyicilərə olduğu kimi çatdırır. Bunun sübutu olaraq dayanacaqda sındırılmış oturacaqlar, dayanacaq daxilində əlavə kreslolar, kart yükləmə aparatlarının olmaması və digər problemlər. Axı bu ictimai nəqliyyatdı. Deməli BNA rəhbəri və əməkdaşları üçün dövlət inventarını qoruyub saxlamaq və ona nəzarət etmək maraqlı deyil.

P.S. BNA sədri axı dayanacaqdakı oturacaqlar dövlət əmlakıdır. Bunu qoruyub saxlamaq, nəzarət etmək birbaşa sizin qurumun əməkdaşlarının borcudur.

P.P.S. BNA-nın şüarı olan Sizlər üçün yaratdıq, sizlərə əmanət etdik heç də özünü doğrultmur. Ona görə ki, nəqliyyatda bütün inventarlara siz cavabdehlik daşıyırsınız və nəzarət edirsiniz. Belə çıxır ki, nəzarət etmək, qorumaq sizin üçün maraqlı deyil.

P.P.P.S. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
BNA üzərinə düşən işin öhdəsindən gələ bilmir
BNA üzərinə düşən işin öhdəsindən gələ bilmir
BNA üzərinə düşən işin öhdəsindən gələ bilmir
BNA üzərinə düşən işin öhdəsindən gələ bilmirскачать dle 10.6фильмы бесплатно
29-04-2021, 21:41
Baxıs: 44 088
Reyting: