allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Azərbaycanda qadının intiharı ilə bağlı DƏHŞƏTLİ FAKTLAR – Şantaj, quldurluq... » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Azərbaycanda qadının intiharı ilə bağlı DƏHŞƏTLİ FAKTLAR – Şantaj, quldurluq...

Azərbaycanda qadının intiharı ilə bağlı DƏHŞƏTLİ FAKTLAR – Şantaj, quldurluq... Bir neçə ay əvvəl İbrahimova Mənsurə Məmməd qızının həyatına qəsd etməsi hadisəsi əsasında açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.
Araşdırmalar zamanı qadını intihar həddinə çatdıran şəxsin tanışı Allahverdi Nuriddin oğlu olması müəyyən edilib. Həmin şəxs barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb. Araşdırma zamanı o da məlum olub ki, Allahverdi Nuriddin oğlu qadına qarşı müxtəlif vaxtlarda bir neçə cinayət əməli törədib. Onun M.İbrahimovanı şantaj edərək pul alması və sair faktlar da dəqiqləşib. Bu səbəbdən də həmin şəxs barəsində əlavə olaraq Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə - xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 178.1-ci (dələduzluq) və 181.2.2-ci (quldurluq - təkrar törədildikdə) maddəsi ilə iş açılıb./publika.az
13:07
Baxıs: 2320
Reyting: