“Bir günlük verilişi bağlandı deyə cahillər ağzına gələni yazdı”

Tanınmış prodüser-aparıcı Tarix Əliyev (Tolik) bir günlük proqramı bağlanılan Zaur Baxşəliyev barədə sosial şəbəkədə yazılan tənqidlərə cavab verib.

Leqal.info xəbər verir ki, Tolik insanların Baxşəliyevin etdiyi yaxşılıqları unutduğunu, “Bizimləsən” verilişinin bağlandığı an ona qarşı linç kampaniyasına başladığını qeyd edib.

“Çox cahilsiz, çox ! Zaurun illərlədir ki, efirdə saçları ağardı, xalqın kasıb təbəqəsinin dərdinə şərik oldu. Efirdə minlərlə xəstələrin şəfasına vasitəçi oldu, qarşınızda diz çökdü, hər zaman Allahına, xalqına şükür etdi. Hər zaman əlindən gələni etməyə çalışdı. Amma indi 1 günlük verilişi bağlandı deyə instaqramda şərhlərdə sevinən cahillər ağzına gələni yazdı.

Siz axı kimsiz ? Həyatda özünə gün ağlamayan cahillər, nəinki cəmiyyətə, heç ailəsinə xeyri olmayan məxluqlar! Dənizdən 1 ton su götürülsə də, yenə dənizdi. Zaura nə oldu ki ? Nə tez sevindiz? Amma o xəstələr var ki, Zaur xilaskarı olub, onların duası bəsdir. İt isə həmişə hürüb, karvan da keçib. Zaur elə həmin Zaurdu!

Mənim də verilişim bağlananda itlər hürürdü, amma nə oldu? Verilişim olsa da, olmasa da Tolikəm”.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) bugünkü iclasında "ATV" televiziya kanalının efirində 21 aprel 2021-ci il tarixdə "Bizimləsən" proqramının yayımının dayandırılması, "ATV" televiziya kanalı tərəfindən, ona tətbiq edilmiş məsuliyyət tədbirinin məzmunu barədə məlumatı yayımın dayandırılması müddəti ərzində özünün efirində yayımlanmasının təmin olunması haqqında qərar qəbul edib.скачать dle 10.6фильмы бесплатно
21-04-2021, 23:29
Baxıs: 39 077
Reyting: