Avrokomissardan Azərbaycan və Ermənistana

“Üçtərəfli bəyanat imzalanandan sonra artıq gələcəyə baxmalı və barışıq haqqında düşünməliyik. Vəziyyətin stabilləşdirilməsi, gərginliyin azaldılması üçün diqqəti barışıq və etimadın yaradılmasına yönəltməliyik”.

Leqal.info xəbər verir ki, bu fikirləri AŞPA-da Avropa İnsan haqları komissarı Dunya Miyatoviç rəhbərlik etdiyi qurumun 2020-ci il üzrə fəaliyyətinə dair hesabatını təqdim etdikdən sonra deputatların suallarını cavablandırarkən söyləyib.

Komissar deyib ki, müharibə hər iki tərəf üçün həssas məsələdir:
“Müharibə dayanıb və indi gələcəyə baxmalıyıq. Komandamla bölgəyə səfər etməyə hər an hazırıq. Avropa Şurası olaraq bizim post-münaqişə ərazilərində işləmək öhdəliyimiz var. Hər iki ölkə gələcəyə baxmalı və gələcəyə doğru irəliləməlidir. Polemikalar buna yardım etməyəcək”.

Üçtərəfli bəyanatın icrasını diqqətlə izlədiyini deyən Dunya Miyatoviç bildirib ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı çərçivəsində müşahidələr davam edir. Onlar Ali Komissarlığının nümayəndələri ilə əlaqə saxlayır və həmkarları ilə birlikdə çalışırlar.скачать dle 10.6фильмы бесплатно
21-04-2021, 22:09
Baxıs: 39 375
Reyting: