Hərbi Qənimətlər Parkında düşmənin 150-dək ağır texnika, tanklar, artilleriya qurğuları toplanıb

Bakıdakı Hərbi Qənimətlər Parkında nümayiş etdirilən düşmən hərbi texnikalarının sayı açıqlanıb.

Leqal.info-nun xəbərinə görə, parkda Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.

Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.скачать dle 10.6фильмы бесплатно
12-04-2021, 14:53
Baxıs: 21 960
Reyting: