Xocavənddə silah-sursat aşkar edilib

Laçın polisi Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursatı aşkar edib.

DİN-in Mətbuat Xidmətindən Leqal.info-ya verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarına təhkim olunmuş Xocavənd rayonu Üçtəpə adlanan ərazidə növbəti tədbirlər keçirilib.

Bu zaman tərk edilmiş hərbi mövqelərdən 5 ədəd pulemyot, 2 ədəd qumbaraatan, 1 ədəd minaatan qurğusu, 1 ədəd tüfəng, 3 ədəd əl qumbarası, 29 ədəd avtomat darağı, 7 ədəd müxtəlif çaplı mərmi, 4500 ədəd güllə və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.скачать dle 10.6фильмы бесплатно
9-04-2021, 12:00
Baxıs: 34 755
Reyting: