Prezident Putinlə danışdı

Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında növbəti telefon danışığı baş tutub.

Leqal.info xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, tərəflər Dağlıq Qarabağdakı vəziyyətin ümumiyyətlə sabit olduğunu, atəşkəs rejiminə ciddi şəkildə əməl olunduğunu qeyd ediblər.

“Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı apardı. Dağlıq Qarabağ ətrafındakı vəziyyət müzakirə edildi. Vəziyyətin ümumiyyətlə sabit olduğu və atəşkəs rejiminə ciddi əməl edildiyi məmnunluqla qeyd edildi”,- deyə açıqlamada vurğulanıb.

Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun Bakıda apardığı danışıqlar nəzərə alınmaqla, Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının nizamlanması üzrə Rusiya, Azərbaycan Prezidentlərinin və Ermənistan Baş nazirinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarına müvafiq olaraq aparılan işlərin gedişi nəzərdən keçirilib. Bu kontekstdə üç ölkənin Baş nazirləri müavinlərinin həmsədrliyi ilə işçi qrupunun fəaliyyəti müsbət qiymətləndirilib.

Bundan əlavə, ölkə başçıları koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə əməkdaşlıq imkanlarını müzakirə ediblər: “Koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə əməkdaşlıq da daxil olmaqla ikitərəfli gündəliyin bir sıra aktual məsələlərinə toxunulub. Rusiya-Azərbaycan strateji tərəfdaşlığının möhkəmləndirilməsinə və qarşılıqlı faydalı layihələrin təşviqinin davam etdirilməsinə qarşılıqlı yanaşma təsdiqlənib”.

Əlaqələrin davam etdirilməsi barədə razılıq əldə edilib.скачать dle 10.6фильмы бесплатно
1-04-2021, 17:52
Baxıs: 38 904
Reyting: