“Maneələr aradan qaldırılır, Azərbaycanla qardaşlığımız daha da güclənir” - Çavuşoğlu

“Bu gündən etibarən can Azərbaycana səyahətlər yalnız şəxsiyyət vəsiqəsi ilə mümkün olacaq”.

Leqal.info xəbər verir ki, bu barədəTürkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu öz tvitter hesabında yazıb.

“Bütün maneələr aradan qaldırılır, qardaşlığımız daha da güclənir. Vətəndaşlarımız və azərbaycanlı qardaşlarımız üçün xeyirli olsun”,- deyə Türkiyə XİN başçısı qeyd edib.

Xatırladaq ki, Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında “Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında 1 saylı Protokol” bu gündən qüvvəyə minib. Sözügedən sənədin qüvvəyə minməsi ilə iki ölkə vətəndaşları yeni nəsil şəxsiyyət vəsiqəsindən istifadə etməklə, digər ölkəyə 90 gün qalma müddətli vizasız səyahət edə biləcək.скачать dle 10.6фильмы бесплатно
1-04-2021, 17:29
Baxıs: 38 877
Reyting: