Bu gündən 40 yaşlılar peyvənd olunacaq
Bu gündən etibarən Azərbaycanda 40 yaş üzərində olan vətəndaşlar vaksinasiyaya cəlb olunacaq.
Leqal.info xəbər verir ki, bu yaş kateqoriyası üzrə vətəndaşlar koronavirus (“COVID-19”) əleyhinə peyvənd olunacaqlar. Xatırladaq ki, Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-də Çin istehsalı olan “CoronaVAC” peyvəndi ilə başlanılıb. İlk mərhələdə tibb işçiləri, yaşı 65-dən yuxarı olan şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvənd edilib. Fevralın 8-dən isə vaksinasiyanın ikinci mərhələsinə başlanılıb. Strategiyaya uyğun olaraq, ötən ayın 17-dən 50 yaş və daha yuxarı şəxslərin “COVID-19” xəstəliyinə qarşı vaksinasiyası həyata keçirilib. Son statistikaya görə, hazırkı dövrədək ölkədə 482 664 nəfər koronavirus infeksiyasına qarşı peyvəndlənmə prosesində iştirak edib. |
XƏBƏR LENTİ
Bu gün, 11:38
Bu gün, 11:27
Bu gün, 10:45
Bu gün, 10:40
Bu gün, 10:40
Bu gün, 10:40
Bu gün, 10:40