“Ermənilər əllərinə keçəni çaylara axıdır”

“Azərbaycan azsulu ölkələrdən biri olduğu üçün ölkə suya olan tələbatının 70 faizini kənardan formalaşdırır. Azərbaycanın su potensialının çox hissəsi məhz elə Qarabağda olub”.

Leqal.info xəbər verir ki, bu barədə ekologiya və təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, işğaldan azad olunan ərazilərdə su ehtiyatları ilə bağlı müvafiq monitorinq işləri davam etdirilir.

F. Əliyev qeyd edib ki, Ermənistan zaman-zaman ekologiya ilə bağlı konvensiyaları pozub:

“Bilirsiniz ki, transsərhəd çayları və beynəlxalq göllərin mühafizəsi ilə bağlı konvensiya var. Ermənistan bu konvensiyanın üzvü olmadığı üçün heç bir məsuliyyət də daşımır. Müvafiq monitorinqlər gedir, ilkin araşdırmalarla bağlı beynəlxalq qurumlar qarşısında məsələ qaldırılacaq.

Ermənilər Oxçuçay üzərindəki filiz saflaşdırma zavodunun tullantılarını çaya axıdıb. Həmçinin onlar mənfur xislətlərindən qalmadan əllərinə keçəni çaylara axıdır və o da gəlib Araz çayına tökülür. Nəticədə, təbiətimiz və çaylarımız çirkləndirilir. Bununla bağlı da monitorinqlər gedir, beynəlxalq qurumlar qarşısında məsələ qaldırılacaq”.скачать dle 10.6фильмы бесплатно
16-03-2021, 16:00
Baxıs: 42 392
Reyting: