Çavuşoğlu Özbəkistan XİN rəhbəri ilə Qarabağı müzakirə etdi

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Özbəkistan XİN rəhbəri Əbdüləziz Kamilov ilə görüşündə Dağlıq Qarabağı müzakirə edib.

“Leqal.info” xəbər verir ki, Çavuşoğlu bu barədə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

“Bu gün bir daha kommunikasiya xətlərinin gücləndirilməsi, müdafiə sənayesi və hərbi təhlükəsizlik əlaqələrimizi, təhsil və mədəniyyət sahəsində əməkdaşlığımız və digər sahələrdəki əlaqələrimizi müzakirə etmək imkanımız oldu. Bununla yanaşı Əfqanıstan, Dağlıq Qarabağ, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı kimi regional və beynəlxalq məsələləri müzakirə etdik və bu sahələrdəki əməkdaşlığımızı genişləndirmək barədə razılıq əldə etdik”,- deyə Çavuşoğlu qeyd edib.
скачать dle 10.6фильмы бесплатно
9-03-2021, 13:23
Baxıs: 25 035
Reyting: