Faiq Ağayevə də vaksin vuruldu

Xalq artisti Faiq Ağayev peyvənd olunduğunu açıqlayıb.

Leqal.info xəbər verir ki, bu barədə o, feysbuk sosial şəbəkəsində paylaşım edib.

Sənətçi yanvarın 21-də 1-ci dozanın tətbiq edildiyini, 2-ci doza üçün yenidən həkimlərə üz tutacağını qeyd edib:

“Uşaq bağçaları, məktəblər, ali təhsil ocaqları açıldıqca, ümid yaranır ki, tez bir zamanda digər məhdudiyyətlər də aradan qaldırılacaq.
Bu dəfəsində hər şey artıq özümüzdən asılıdır. Arzumuza çatmaq, səhhətimizi qorumaq üçün peyvənd olunmaq gərəkdir.

Yaxın günlərdə “Sinovac”ın 2-ci dozasını etdirmək üçün yenə də həkimlərə üz tutacağam. Bununla həm özümü, həm də ətrafdakıları yoluxmadan qoruyacağam.

Siz də özünüz, sevdikləriniz, xalqımızın ümumi sağlam gələcəyi naminə canınızın qədrinə qalın, lütfən.

Peyvənd olunub, salamat yaşayın, əzizlərim!”.

Qeyd edək ki, 49 yaşlı F. Ağayev hansı şərtlə vaksin olunması barədə məlumat verməyib.

Bir müddət əvvəl Xalq artisti Röya Ayxanın da peyvənd olunması, sənətçinin yaş tələbinə cavab verməməsi müzakirələrə səbəb olmuşdu.

Səhiyyə Nazirliyi məsələ ilə bağlı açıqlamasında bildirmişdi ki, sənətçi özəl klinikalardan birinin rəsmi işçisi olduğundan peyvəndlənmədə iştirak edib.скачать dle 10.6фильмы бесплатно
16-02-2021, 18:16
Baxıs: 23 678
Reyting: