Daha bir əsgərimizin şəhid xəbəri gəldi

Vətən Müharibəsində itkin düşən əsgər Ağayev Əmirağa Mahir oğlunun şəhid olduğu müəyyənləşib.

Bu barədə Leqal.info-ya şəhidimizin dayısı Aydın Aslanov məlumat verib.

Füzuli istiqamətində tapılan nəşin DNT analizi nəticəsində 2002-ci il təvəllüdlü Ağayev Əmirağa Mahir oğluna aid olduğu təsdiqlənib.

Şəhidimizin nəşi sabah doğulduğu Şabranın Surra kəndinə gətiriləcək.

Qeyd edək ki, Əmirağa Ağayev Qazaxda yerləşən N saylı hərbi hissənin əsgəri olub. Vətən Müharibəsi başlayan zaman o, cəbhənin Füzuli istiqamətində döyüşlərə qatılıb. Şəhidimiz sonuncu dəfə ailəsi ilə oktyabrın 11-də əlaqə saxlaya bilmişdi. Əmirağa ailənin yeganə oğlu olub, iki bacısı var.

Allah rəhmət eləsin!скачать dle 10.6фильмы бесплатно
10-02-2021, 22:55
Baxıs: 50 885
Reyting: