Türkiyənin 17 şəhərində koronavirusun yeni mutasiyası aşkarlandı

Türkiyənin səhiyyə naziri Fahrettin Koca 17 şəhərdə koronavirusun yeni mutasiyasının aşkarlandığını bildirib.

Leqal.info xəbər verir ki, nazir bununla bağlı sosial media hesabında paylaşım edib.

Nazirin sözlərinə görə, yeni mutasiyalar vaksinasiya işlərinə də problem yarada bilər:

“Mutasiya təhdidinə qarşı diqqətli olmalıyıq. Avropadakı yoluxma sayında müşahidə olunan artım, əsasən, yeni mutasiyalarla bağlıdır. Ölkəmizdə mutasiyalı koronavirusa yoluxanların sayı 128-ə çatıb”.

“Virusun mutasiyaya uğraması hazırda peyvəndləməyə təsir etmir. Ancaq yeni mutasiyalar çalışmalara mənfi təsir göstərə bilər. Hələ də ən böyük silahımız tibbi maska və sosial məsafə qaydalarına riayət etməkdir”, - deyə nazir əlavə edib.

F.Koca vurğulayıb ki, yoluxma sayına nəzarət edə bilirlər, ancaq təmkinli olmaq və əhalinin sıx olduğu yerlərdən uzaq durmaq lazımdır.

Qeyd edək ki, bu gün Türkiyədə 165 min 94 COVID-19 testi aparılıb, 6 min 912 nəfərdə nəticə müsbət olub, 131 nəfər isə virusdan həyatını itirib.скачать dle 10.6фильмы бесплатно
29-01-2021, 23:39
Baxıs: 51 707
Reyting: