“Səmərəli müzakirələr apardıq”

AFFA-nın prezidenti Rövnəq Abdullayev bu gün keçirilmiş İcraiyyə Komitəsinin iclasından sonra açıqlama verib.

Leqal.info xəbər verir ki, o, bunları qeyd edib:

“Səmərəli müzakirələr apardıq, müvafiq qərarlar qəbul olundu. Hər birinizə iclasda iştirakınıza görə təşəkkür edirəm. Bu il üçün İcraiyyə Komitəsinin sonuncu iclası idi. Pandemiya ilə əlaqədar bu il bütün dünya üçün yaddaşlarda uğursuz il kimi qala bilər, amma Azərbaycan üçün, xalqımız üçün 2020-ci il zəfər ilidir. Uzun müddət işğal altında olan torpaqlarımızı Ali Baş Komandanın qətiyyəti, cəsarəti və ordumuzun rəşadəti sayəsində azad etməyə nail olduq. Arzu edirəm ki, bundan sonra bütün illər ölkəmizin quruculuq, inkişaf illəri olsun. Hər birinizi qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edir, bu pandemiya günlərində sağlam olmağınızı, cansağlığı arzulayıram!”.скачать dle 10.6фильмы бесплатно
24-12-2020, 14:28
Baxıs: 38 179
Reyting: