Paşinyan MDB dövlət başçılarının sammitinə qatılmayıb

Ermənistan baş naziri Nikol Paşinyan atası Vova Paşinyanın ölümü ilə əlaqədar bu gün keçirilən MDB Dövlət Başçıları Şurasının onlayn iclasında iştirak etməyib.

Leqal.info xəbər verir ki, bu barədə “TASS”a Ermənistan hökumətinin mətbuat xidmətindən məlumat verilib.
“Baş nazir Paşinyan atasının dəfn mərasimində iştirak edəcək, ona görə də MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edə bilməyəcək. Görüşdə Ermənistan tərəfdən heç kim iştirak etməyəcək”, - deyə açıqlamada bildirilib.

Xatırladaq ki, 81 yaşlı Vova Paşinyan dekabrın 16-da uzun sürən xəstəlikdən sonra vəfat edib.скачать dle 10.6фильмы бесплатно
18-12-2020, 20:26
Baxıs: 36 595
Reyting: