Ermənistan müxalifəti ümumi tətilə hazırlaşır

Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanı dekabrın 22-də ölkədə ümumi tətillə və parlament binasını mühasirəyə almaqla hədələyib.

Leqal.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Daşnaksütyun” partiyasının ali orqanının nümayəndəsi İşxan Saqatelyan yürüş zamanı bəyanatla çıxış edib.

“Çərşənbə axşamı biz ümumi tətilə və ölkə üzrə kütləvi etiraza hazırlaşırıq. Saat 12:00-da isə parlamentin binasını mühasirəyə alacağıq”, - deyə Saqatelyan bəyan edib.

Bundan başqa, müxalifətin cümə axşamı yürüş, şənbə günü isə mitinq keçirəcəyi elan edilib.скачать dle 10.6фильмы бесплатно
16-12-2020, 23:55
Baxıs: 37 024
Reyting: