İngiltərədən sonra Kanada da təsdiqlədi

Kanadada türk həkimlər Uğur Şahin ilə xanımı Özlem Türecinin ixtira etdiyi vaksinin vurulması təsdiqlənib.

Leqal.info xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Dekabrın 2-də “Pfizer” və “Biontech” şirkətləri ilə müqavilə bağlanıb və peyvəndin tətbiqi bir neçə gün sonra reallaşacaq. Bununla da, Kanada İngiltərədən sonra vaksinin vurulmasına başlayan ikinci ölkə olacaq.

İlkin mərhələdə ölkəyə 249 min doz, gələn ilin martına kimi ümumilikdə 4 milyon doz peyvənd ixracı nəzərdə tutulub.скачать dle 10.6фильмы бесплатно
10-12-2020, 16:51
Baxıs: 34 550
Reyting: