“Qarabağdakı münaqişənin isti dövrü bitir”

“Dağlıq Qarabağ münaqişəsi hələ isti mərhələdən çıxmaqdadır”.

Leqal.info-nun “TASS” agentliyinə istinadən xəbərinə görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada səfərdə olan erməni həmkarı Ara Ayvazyanla danışıqlar zamanı deyib.
“Biz indi hələ Dağlıq Qarabağ münaqişəsinin isti mərhələsindən çıxırıq. Bu gün hamının artıq tanımağa məcbur olduğu Ermənistanın Baş naziri, Azərbaycan Prezidenti və Rusiya Prezidentinin 9 noyabrda (10 noyabr) imzaladığı, müharibəni dayandıran və həm qaçqınların, həm də məcburi köçkünlərin geri qayıtmasına icazə verən bir razılaşma təmin etdiyi ortaq açıqlamanın əhəmiyyətini qeyd etmək istəyirəm”, - deyə Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağda fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) büdcəsinə əlavə töhfə verəcək.скачать dle 10.6фильмы бесплатно
7-12-2020, 15:19
Baxıs: 23 241
Reyting: