“İqtidara həmişəki kimi qanla gəlmək istəyirlər”

Ermənistanın baş naziri Nikol Paşinyan xalqa etdiyi televiziya müraciətində müxalifətin ölkədə xaos yaratmaq və müharibəni Ermənistanın içərisində aparmaq istədiyini bildirib.

Leqal.info xəbər verir ki, Paşinyan çıxışında müxalifət qüvvələrini bilərəkdən hakimiyyət orqanlarına qarşı dezinformasiya yaymaqda təqsirləndirib.

“Hər zaman olduğu kimi qanla hakimiyyətə qayıtmalarını təmin etməyə çalışırlar. Sizə inamla deyirəm ki, buna imkan verməyəcəyik. Hakimiyyəti möhkəm saxladığımız üçün deyil, qürurlu erməni xalqı bunu istəmədiyi üçün”,- deyə Paşinyan qeyd edib.

Onun sözlərinə görə, müxalifət qüvvələri hakimiyyətə qarşı dezinformasiya yayırlar.

“Bəzi qüvvələr Ermənistanda güc çatışmazlığı görünüşü yaratmağa çalışırlar. İqtidara qayıtmalarını təmin etmək üçün ölkədə fəsad törətmək istəyirlər. Ancaq buna nail ola bilmirlər. Xalqı qanuni hökumətə qarşı çevirə bilməzlər”,- deyə Paşinyan sözlərinə əlavə edib.скачать dle 10.6фильмы бесплатно
27-11-2020, 15:41
Baxıs: 38 374
Reyting: