allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Azyaşlılara qarşı zorakılıqda ittiham edilən şəxsə ağır cəza verildi - 15 il » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Azyaşlılara qarşı zorakılıqda ittiham edilən şəxsə ağır cəza verildi - 15 il

Azyaşlılara qarşı zorakılıqda ittiham edilən şəxsə ağır cəza verildi - 15 il Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlılara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Amil Paşayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Paşayev 15 il azadlıqdan məhrum edilib.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, araşdırma zamanı məlum olub ki, A. Paşayev bu ilin iyun ayı ərzində metronun “Əhmədli” stansiyasının yaxınlığında təsadüfən gördüyü qadınları izləyərək münasib bildiyi şəraitdə onların çantalarını açıq talama yolu ilə alaraq hadisə yerindən qaçıb. Saxlanılan şəxsin ələ keçirdiyi çantaların birində 120 manat pul olub.
İstintaqla müəyyən edilib ki, A.Paşayev 2017-ci ilin dekabr ayından saxlanılan günə qədər Xətai rayonu ərazisində 4 azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Əsasən 10-15 yaş arasında olan qızları izləyən A.Paşayev binaların girişində mərtəbələr arasında yerləşən pilləkən sahələrində onlara hücum edərək seksual xarakterli hərəkətlər edib.
12:49
Baxıs: 180480
Reyting: