Vaksinlə bağlı vəziyyət nə yerdədir?

“Azərbaycan COVİD-19 vaksini ilə bağlı prosesləri yaxından izləyir”.

Leqal.info-nun verdiyi xəbərə görə, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, indidən hansı vaksinin uğurlu olacağını demək, yaxud nə zaman hazır olacağını bildirmək mümkün deyil: “Ölkə olaraq bütün proseslərin iştirakçısıyıq, hansı vaksin təsdiqlənərsə, əmin olun ki, onu ölkəmizə gətirəcəyik. Rusiyada hazırlanan vaksinlə bağlı beynəlxalq mütəxəssislərin rəyi hazırlanır. Təsdiqlənərsə, Azərbaycan da bununla bağlı düşünə bilər”.скачать dle 10.6фильмы бесплатно
16-10-2020, 12:30
Baxıs: 38 818
Reyting: