Seninem.Az > Təhsil / Manşet Yuxarı / Manşet Sağ > Bağçaya bir yer üçün 30 nəfər müraciət edir - NAZİRLİK
Bağçaya bir yer üçün 30 nəfər müraciət edir - NAZİRLİKTarix: 8-09-2022, 12:15. Müəllif: admin2 |
Bakı şəhəri üzrə 30 min yer qeydiyyata alınıb, amma bağçalarda boş yerlərin sayı 6 mindir. Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib. Onun sözlərinə görə, növbəti tədris ilində qrupların artırılması istiqamətində işlər aparılacaq: "Bölgələrdə qruplar var, amma qeydiyyat yoxdur. Bir qrup üçün cəmi 5 nəfər qeydiyyatdan keçir. Bakıda 1 yer üçün 30 valideyn müraciət edir", - nazirlik rəsmisi bildirib. modern.az Geri Qayıt |