Seninem.Az > Siyasət / Manşet Yuxarı > Rusiyanın keçmiş dövlət katibinin Bakıda ölümü ilə bağlı araşdırmalara başlanılıb

Rusiyanın keçmiş dövlət katibinin Bakıda ölümü ilə bağlı araşdırmalara başlanılıb


Tarix: 20-06-2022, 14:00. Müəllif: admin
Rusiyanın sabiq dövlət katibi və Baş nazirin birinci müavini olmuş Gennadi Burbulisin Bakıda oteldə meytinin tapılması ilə bağlı Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsində araşdırmalara başlanılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq qurumun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, hazırda araşdırmalar davam etdirilir.

Xatırladaq ki, 77 yaşlı G.Burbulis iyunun 19-da Bakıda qaldığı oteldə vəfat edib.

G.Burbulis 1945-ci ildə avqustun 4-də anadan olub, 1991-1992-ci illərdə Rusiya hökumət başçısının birinci müavini vəzifəsində çalışıb, Rusiyanın ilk prezidenti Boris Yeltsinin ən yaxın adamı olub. O, 1991-ci il dekabrın 8-də SSRİ-nin dağılmasını rəsmiləşdirən Belovejsk sazişinin hazırlanmasında iştirak edənlərdən biri olub.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt