Seninem.Az > Aktual / Manşet Yuxarı > Muxtar Babayevə yeni səlahiyyət verilib

Muxtar Babayevə yeni səlahiyyət verilib


Tarix: 7-04-2022, 18:29. Müəllif: admin
Nazirlər Kabineti Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC-nin Nizamnaməsinin təsdiq edilməsi barədə 6 may 2009-cu il tarixli qərarında dəyişiklik edib.

Leqal.info xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra səhmdar cəmiyyətinə sədri prezident deyil, nazir (indiki halda Muxtar Babayev) təyin edəcək.

Bundan başqa, kommersiya qurumu qanunvericiliklə müəyyən edilmiş qaydada nümayəndəlik və filiallar, tabeliyində olan hüquqi şəxs statuslu qurumlar yaradanda, yenidən təşkil edəndə və yaxud ləğv edəndə bunu İqtisadiyyat Nazirliyi ilə razılaşdırmalı olacaq.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt