Seninem.Az > Aktual / Manşet Yuxarı > Azərbaycanda daha bir general təqaüdə göndərilib
Azərbaycanda daha bir general təqaüdə göndərilibTarix: 26-01-2022, 11:00. Müəllif: admin |
Azərbaycanda daha bir general təqaüdə göndərilib. Leqal.info-nun məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) nümayəndəsi, Müstəqil Dövlətlər Birliyinin İştirakçısı olan dövlətlərin ərazisində Cinayətkarlıq üzrə Büronun direktor müavini, polis general-mayoru Əkbər Yusifov daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib. Qeyd edək ki, daha əvvəl DİN Katibliyinin sabiq rəisi polis general-mayoru Səfər Əliyev təqaüdə göndərilmişdi. Xatırladaq ki, ilk xəbəri Oxu.az saytı yayıb. Geri Qayıt |