Seninem.Az > Kriminal / Manşet Yuxarı > Azərbaycanda sabiq vəzifəli şəxsə elektron qolbaq taxılıb

Azərbaycanda sabiq vəzifəli şəxsə elektron qolbaq taxılıb


Tarix: 28-09-2021, 15:28. Müəllif: admin
Daşkəsən Rayon İcra Hakimiyyəti (RİH) başçısının Zağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Hətəm Əzizovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Leqal.info-nun əldə etdiyi məlumata görə, Daşkəsən Rayon Məhkəməsində keçirilən sonuncu prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

İttihama görə, Daşkəsən RİH başçısının Zağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləmiş H.Əzizov 2020-ci ildə vəzifə saxtakarlığına yol verərək xüsusi karantin rejimi qaydalarını pozub sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verib.

Onun barəsində Cinayət Məcəlləsində 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt