Seninem.Az > Siyasət / Manşet Yuxarı > Vilayət Eyvazovdan yeni rəis təyinatı

Vilayət Eyvazovdan yeni rəis təyinatı


Tarix: 27-05-2021, 18:49. Müəllif: admin
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Leqal.info-nun məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Samir Quliyev Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 33-cü Polis Bölməsinə (PB) rəis təyin edilib.

Qeyd edək ki, S.Quliyev bu təyinata qədər Qaradağ RPİ-nin Cinayət Axtarış Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, daha əvvəl Suraxanı RPİ-nin 33-cü PB-nin rəisi polis polkovnik-leytenantı Tuncay Abbasov olub. O, aprel ayında işdən azad edilərək Binəqədi RPİ-nin 7-ci PB-nin rəisi vəzifəsinə təyin olunub.

T.Abbasov deputat Aqil Abbasın oğludur.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt