Jurnalist vəsiqəsinə görə ödənişin məbləği müəyyənləşdi

Jurnalist vəsiqəsinə görə ödənişin məbləği müəyyənləşdi

Azərbaycanda jurnalist vəsiqəsinin forması, vəsiqənin verilməsi və dəyişdirilməsi qaydaları müəyyənləşib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Nazirlər Kabinetinin “Jurnalist vəsiqəsinin forması”nın və “Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında qərarında vəsiqə üçün ödənişin məbləği 20 manat təşkil edəcək.
Qaydalarda qeyd olunur ki, jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə vəsait Medianın İnkişafı Agentliyin bank hesabına edilən ödənişlər hesabına formalaşdırılacaq. Vəsaitin bu istifadəsinə nəzarəti Agentlik həyata keçirəcək.скачать dle 10.6фильмы бесплатно
13-10-2022, 09:29
Baxıs: 317
Reyting: