Bakı Enerji Forumunun bir sessiyası Şuşada keçiriləcək

Bakı Enerji Forumunun möhtəşəm yekunu Qarabağın işğaldan azad edilmiş ərazilərində baş tutacaq və iyunun 4-də Şuşa şəhərində Forum iştirakçıları ilə sessiya keçiriləcək.

Leqal.info-nun məlumatına görə, Forumun ilk iki günü - iyunun 2 -3-də Bakı Konqres Mərkəzində keçiriləcək. Tədbirdə qlobal enerji perspektivləri, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının xəritəsi, yaşıl enerjiyə keçidin maliyyələşdirilməsi və bir sıra digər aktual mövzular ətrafında müzakirələr aparılacaq.

Bu il forumda dünyanın 20 ölkəsindən 400-dən çox nümayəndə iştirak edir. Forumun proqramına 50 məruzəçinin 25 mövzusu daxildir. Plenar iclas “Enerji keçidi dövründə dəyişən dünyada yeni imkanlar və problemlər” mövzusuna həsr olunub.

Forumun proqramına aktual mövzular da daxil edilib: Rəhbər şəxslərin müzakirələri, qlobal enerji perspektivləri; Xalis sıfıra aparan yol; Enerji sektorunda az karbonlu gələcəyə keçid üçün kadr potensialı; Xəzər regionunda kəşfiyyat və hasilat imkanların xəritəsi; Ekoloji və sənaye təhlükəsizliyin təmin edilməsi: yeni yanaşma və yeni texnologiyalar; Neft-kimya kompleksinin inkişaf perspektivləri: cari və gələcək layihələr. Bakı Enerji Forumu çərçivəsində xüsusi sessiya - “Azərbaycanda dənizdə külək enerjisinin yol xəritəsi”, Dünya Bankının təşəbbüsü ilə keçiriləcək.

Аzərbaycan dövlət neft və sənaye universiteti və "BP Eksploreyşn" (Kaspian Si) limited şirkəti arasinda bərpa olunan enerji mənbələri üzrə ali təhsil proqramının həyata keçirilməsi ilə bağlı çərçivə sazişi də imzalanacaq.

Tədbirin məruzəçiləri arasında: Azərbaycan, Bolqarıstan, Rumıniya energetika nazirləri; Moldova və Serbiyanın Baş nazir müavinləri; Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi (GECF); ABŞ-ın enerji ehtiyatları bürosunun və Avropa komissiyasının nümayəndələri; SOCAR, BP, TPAO, "Equinor", "Uniper", "Tenaris", "TotalEnergies", "Masdar", "ACWA Power" və digər enerji sektorunun şirkət rəhbərlərinin çıxışları gözlənilir.

Yerli və xarici şirkətlərin nümayəndələrinin ünsiyyət qurmasına və mümkün əməkdaşlığın bütün aspektlərini ətraflı müzakirə etməyə imkan verəcək ikitərəfli B2B işgüzar görüşlər forumun proqramına daxildir.скачать dle 10.6фильмы бесплатно
24-05-2022, 15:28
Baxıs: 24 814
Reyting: