allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Əhməd Əhmədzadənin qızı və kürəkəninin sərvəti haqqında məlumatlar yayıldı - FOTO/SƏNƏDLƏR » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Əhməd Əhmədzadənin qızı və kürəkəninin sərvəti haqqında məlumatlar yayıldı - FOTO/SƏNƏDLƏR

Əhməd Əhmədzadənin qızı və kürəkəninin sərvəti haqqında məlumatlar yayıldı - FOTO/SƏNƏDLƏR

Arazxeber.Az yazır ki, bu günki müşavirədə Prezidentin sərt tənqid etdiyi Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin sərvətinin əsasını elə ona tapşırılan sahəni bərbad etməklə qazandığı pullar təşkil edir.
Bunu nəzərə alaraq əvvəlki sayımızda dərc etdiyimiz faktlrı bir daha diqqətinizə çatdırırıq!

Arazxeber.Az yazır ki, müstəil araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkələrdə yeni araşdırma ilə çıxış edib.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadənin İngiltərə, Çexiya bə Türkiyədə dəyəri on milyonlarla ölçülən biznesi, otelləri və mülkləri artıq hamıya bəllidir.
Cavanşir Həsənlinin araşdırmasına Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadənin məlumatlarla başlasada, bu dəfə vurğunu qızı və kürəkəninə tərəf keçirdərək yazır:

ASC-ni korrupsiya bataqlığına çevirmiş baş meliorator uzun illər ərzində dövlət vəsaitlərini talayaraq özünə səltənət qurub. Cümə Əhmədzadə Əhmədzadələr ailəsinin Azərbaycandan xaricə milyonıar daşıyan yeganə üzvü deyil. Əhməd Əhmədzadənin qızı Vüsalə Əhmədzadə və kürəkəni İlham Rəcəbov da ölkə xaricində - Türkiyədə böyük biznesə, şirkətlərə, mülklərə sahibdir.

Baş melioratorun kürəkəni polkovnik Rəcəbov İlham Firudin oğlu hazırda Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavinidir.
Əhməd Əhmədzadənin qızı və kürəkəni Türkiyədə ən azından 3 şirkət açıblar və bu şirkətlər üzərindən otellər, istirahət mərkəzlərinə sahibdirlər.
Bunlardan biri- GLOBAL INVESTMENTS GlDA SANAYİ VE TiCARET LİMİTED ŞIRKETi 200 min lirə nizamnamə kapitalı ilə 2005-ci ildə İlham Rəcəbov və Hidayət Quliyev adlı şəriki tərəfindən təsis edilib.
Əhmədzadənin qızı və kürəkəninə məxsus daha ETİLER DIŞ TİCARET LİMİTED isə 23 dekabr 2006-cı ildə 100 min lirə nizamnamə kapitalı ilə İstanbulda qeydiyyatdan keçirilib. 2012-ci ildə baş melioratorun oğlu Cuma Əhmədzadə də şirkətə ortaq olub. Şirkətin ofisi İstanbulun ən bahalı iş mərkəzlərindən olan Atakule-nin 6-cı mərtəbəsində yerləşir.

DYP polkovnikinin və baş melioratorun qızı 3-cü şirkətlərini - SİRŞERMİYAT TURİZM EMLAK İNŞAAT TİCARET VE SANAYİ LİMİTEDi 2010-cu ilin avqustunda Antalyada təsis ediblər. Nizamnamə kapitalı 600 min lirə olan şirkət Antalyanın, KONYAALTI, GÜRSU MAH. AKDENİZ BULVARI 318 SOK. CLUB ERDOĞAN KONUTLARI C1 BLOK NO:12 ünvanında qeydiyyatdadır. Bu ünvan Əhmədzadənin qızı və kürəkəninə məxsus, 4,5 mlyon lirə dəyərində, dəniz mənzərəli ultralüks mənzildir.
SİRŞERMİYAT TURİZM şirkəti üzərindən Əhmədzadənin qızı və kürəkəni üçulduzlu otelə və istirahət mərkəzlərinə sahibdirlər.
Arazxeber.Az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
07:20
Baxıs: 16720
Reyting: