allcontent xfsearchvalue falsecomments . dleusertplnotHTML info Bakıda ət kəsim məntəqəsində iyrənc mənzərə - VİDEO » www.ARAZXEBER.az Araz Xəbər Agentliyi

Bakıda ət kəsim məntəqəsində iyrənc mənzərə - VİDEO

Bakıda ət kəsim məntəqəsində iyrənc mənzərə - VİDEO Siçovullar kəsilmiş heyvanın baş hissəsinə daraşaraq ətindən yeyirlər...
Bura hansısa bir zibilxana yox, Bakıda fəaliyyət göstərən ət kəsim məntəqəsidir.
Xətai rayonu, Əhmədli qəsəbəsi, Neapol dairəsi yaxınlığında yerləşən 3 nömrəli ət kəsim məntəqəsində yaranan bu mənzərəni vətəndaşlardan biri mobil telefonla çəkərək ''Xəzər Xəbər''in votsap nömrəsinə göndərib.
Məsələni araşdırmaq üçün həmin kəsim məntəqəsinə getdik. Çəkilən videogörüntüyə baxan mağaza sahibi Cavid Əyyubov bildirdi ki, həqiqətən də hadisə ona məxsus kəsim məntəqəsində olub. Cavid Əyyubov dedi ki, bu mənzərə yeni götürülmüş xadimənin səhvi ucbatından yaranıb. Xadiməyə axşam işdən çıxarkən məntəqədə olan kanalizasiya çıxışının ağzının bağlanması tapşırılsa da, o, bunu etməyib və nəticədə siçovullar həmin borudan çıxaraq kəsim məntəqəsinə daxil olublar.
Mağaza sahibi iddia etdi ki, həmin heyvanın baş hissəsi satılmayıb, növbəti gün zibilxanaya atılıb.
Cavid Əyyubov heç bir dezinfeksiya tədbirlərinin həyata keçirilmədiyini və bu hadisədən sonra daha tədbirli olacağını bildirdi.
Maraqlıdır ki, məntəqədə kəsilən heyvanların əti bir addımlıqda mağazada satılır. Yəni hər an bu siçovullar mağazaya keçə və insanlara satılan heyvan ətindən yeyə bilərlər. Bu isə təhlükənin hansı səviyyədə olduğundan xəbər verir.
Sözügedən məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən ''Xəzər Xəbər''ə bildirildi ki, qurum tərəfindən araşdırmalara başlanıb. Araşdırmalar yekunlaşdıqdan sonra nəticələr ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

11:31
Baxıs: 8080
Reyting: