“Müharibənin 6-cı həftəsinə ciddi üstünlüklərlə başlayırıq”

“Ermənistan ordusu geri çəkilir. Müdafiə Nazirliyinin məlumatına görə, işğalçı ordunun silah və sursatı da tükənmək üzrədir. Əslində bu, gözlənilən idi. İndiyədək rəşadətli ordumuz düşmənin 2.7 milyard dollarlıq silah-sursat və hərbi texnikasını ya məhv edib, ya da hərbi qənimət kimi götürüb”.

Leqal.info xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov sosial şəbəkədəki hesabında paylaşıb.

O qeyd edib ki, illik dövlət büdcəsi 2.7 milyard dollardan az olan bir ölkə üçün bu, ciddi itkidir: “Aydındır ki, hətta Ermənistan silah və sursatların bir hissəsini pulsuz və ya borclanaraq alsa belə, qısa zamanda hərbi texniki bazasını yenidən gücləndirməsi real deyil. “Humanitar uçuşlar” ilə silah daşınmağa cəhd edilsə də, pandemiyanın ümumi uçuşların sayını məhdudlaşdırdığını nəzərə aldıqda düşmən ölkədə ordu və təchizatın vəziyyətinin necə olduğunu təsəvvür etmək mümkün deyil.

Reallıq bundan ibarətdir ki, Ermənistan uzun müddətli müharibə aparmaq imkanlarına malik deyil. Buna görə də, ötən ayın əvvəllərində düşmənin birinci səddi darmadağın ediləndən sonra işğalçı ölkə hər vəchlə atəşkəsə nail olmağa çalışırdı. Paşinyan hakimiyyəti 30 il ərzində qurduqları tunellər və istehkamların onlara yardım edəcəklərini düşünsələr də şanlı ordumuz həmin maneələri darmadağın etdi”.

Millət vəkili vurğulayıb ki, savaşın 6-cı həftəsinə Azərbaycan ordusu ciddi üstünlüklərlə başlayır: “İnanırıq ki, ötən 5 həftədə Ali Baş Komandanımızın rəhbərliyi ilə 200-ə yaxın yaşayış məntəqəsini azad edən rəşadətli Ordumuz bu həftə də bizi xoş xəbərlər ilə sevindirəcək. Qarabağ Azərbaycandır!”скачать dle 10.6фильмы бесплатно
2-11-2020, 15:12
Baxıs: 20 572
Reyting: