Seninem.Az > Siyasət / Manşet Sağ > Azərbaycan və Türkiyə arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumu təsdiq edilib

Azərbaycan və Türkiyə arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumu təsdiq edilib


Tarix: 16-03-2022, 22:00. Müəllif: admin
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Leqal.info xəbər verir ki, Fərmanla 2021-ci il dekabrın 22-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumu” təsdiq edilib.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə hökumətinə bildiriş göndərməlidir.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt