Seninem.Az > Siyasət / Manşet Yuxarı > Moskvada “3+3” formatında ilk görüş başa çatıb

Moskvada “3+3” formatında ilk görüş başa çatıb


Tarix: 10-12-2021, 21:28. Müəllif: admin
Dekabrın 10-da Moskva şəhərində Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın iştirakı ilə “3+3” formatında keçilən regional platformanın ilk toplantısı başa çatıb.

Leqal.info Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iclasda çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Regional platformanın işini onun bütün iştirakçılarının maraqlarına cavab verən praktiki məsələlərə yönəltmək razılaşdırılıb. Bunlara etimadın artırılması, ticarət-iqtisadi, nəqliyyat, mədəni və humanitar sahələrdə qarşılıqlı fəaliyyət, ümumi təhdidlərə qarşı mübarizə tədbirləri daxildir.

Beş ölkənin nümayəndələri Gürcüstanın platformaya qoşulmaqda maraqlı olduqlarını bildiriblər.

Müvafiq nazirlik və idarələrin mümkün iştirakı ilə gələcək addımlar, eləcə də iş planları müzakirə edilib.

09:45
Bu gün Moskva şəhərində Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın iştirakı ilə “3+3” formatında regional platformanın ilk toplantısı keçiriləcək.

Leqal.info xəbər verir ki, iclasa beş ölkənin xarici işlər nazirlərinin müavinləri qatılacaq.

Toplantıda Azərbaycanı XİN başçısının müavini Xələf Xələfov, Türkiyəni xarici işlər nazirinin müavini Sədat Önal, Rusiyanı XİN başçısının müavini Andrey Rudenko, Ermənistanı isə xarici işlər nazirinin müavini Vahe Gevorkyan təmsil edəcək.

Danışıqların "3+3” formatında keçirilməsi təklif olunurdu. Amma Gürcüstan Moskva toplantısında iştirakdan imtina edib.

Xatırladaq ki, Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İranın daxil olduğu altı ölkədən ibarət əməkdaşlıq platformasının yaradılması ideyasını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev irəli sürüb.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt