Seninem.Az > DİN / Manşet Yuxarı / Manşet Sağ > Ağdaşda narkotik əməliyyatı : 3 nəfər saxlanıldı - FOTOLAR

Ağdaşda narkotik əməliyyatı : 3 nəfər saxlanıldı - FOTOLAR


Tarix: 28-09-2022, 11:41. Müəllif: admin2
Ağdaşda narkotik əməliyyatı : 3 nəfər saxlanıldı - FOTOLAR

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar zamanı narkotik vasitələrin  və psixotrop maddələrin satışı, eləcə də  narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan daha 3 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində rayon ərazisində psixotrop maddələrin satışında şübhəli bilinən, əvvəllər də ümumilikdə 10 ildən artıq məhkumluq həyatı yaşayan Azad Yusifov saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan  310 qram metamfetamin aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsində həmin psixotrop maddəni təxminən 1 həftə öncə əcnəbi ölkə vətəndaşından 500 manata aldığını etiraf edib.

Şöbənin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri digər əməliyyatlar zamanı isə daha iki nəfər - Kənan Allahverdiyev və Manaf Həbişov tutulub.Şəxsi axtarış zamanı K.Allahverdiyevdən marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun Malay kəndindəki çöllük ərazidə aqrotexniki qulluq göstərməklə yetişdirdiyi, ümumi çəkisi 2 kiloqramdan artıq olan çətənə bitkiləri də kökündən çıxarılaraq maddi sübut kimi istintaqa təqdim olunub. Üzərində narkotik vasitə daşımaqda şübhəli bilindiyi üçün saxlanılan M.Həbişovdan isə qurudulmuş marixuana götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.


скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt