Seninem.Az > Siyasət / Manşet Yuxarı / Manşet Sağ > İlham Əliyev 4 yeni səfirin etimadnaməsini qəbul etdi - FOTOLAR
İlham Əliyev 4 yeni səfirin etimadnaməsini qəbul etdi - FOTOLARTarix: 16-08-2022, 14:29. Müəllif: admin2 |
Prezident İlham Əliyev avqustun 16-da Türkmənistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasovun etimadnaməsini qəbul edib. Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. *** Prezident İlham Əliyev, həmçinin İsveç Krallığının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzonun etimadnaməsini qəbul edib. *** Prezident İlham Əliyev avqustun 16-da Argentinanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Marianxeles Belluşinin etimadnaməsini qəbul edib. *** Prezident İlham Əliyev avqustun 16-da Almaniyanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannın etimadnaməsini qəbul edib. Geri Qayıt |