Seninem.Az > Təhsil / Manşet Yuxarı > Təhsil Nazirliyi: "İyuldan bağçalara elektron qaydada uşaq qəbulu başlayır"

Təhsil Nazirliyi: "İyuldan bağçalara elektron qaydada uşaq qəbulu başlayır"


Tarix: 20-06-2022, 13:19. Müəllif: admin
İyulda məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qaydada qəbuluna start veriləcək.

Bu barədə Leqal.info-ya Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemində qeydiyyat üçün uşağın şəxsiyyət vəsiqəsi tələb olunacaq: "Bu baxımdan valideynlərə qeydiyyat prosesi başlayanadək uşaqları üçün şəxsiyyət vəsiqəsi əldə etmələri tövsiyə edilir".

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı yeni yaradılan elektron sistemdən istifadəyə dair təlimat yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt