Seninem.Az > Siyasət / Manşet Yuxarı > Spiker: “Ermənistan ordusunun qalıqları Azərbaycan ərazisindən tam çıxarılmalıdır”

Spiker: “Ermənistan ordusunun qalıqları Azərbaycan ərazisindən tam çıxarılmalıdır”


Tarix: 5-04-2022, 11:30. Müəllif: admin
“Qazaxıstanda MDB Parlament Assambleyasının 30 illiyinə həsr olunan tədbirlərdə iştirakım çərçivəsində bildirdim ki, Azərbaycan üçtərəfli bəyanata sadiqdir. Ermənistan bu bəyanatın tələblərini yerinə yetirməlidir”.

Leqal.info-nun xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazisindən tam çıxarılmalıdır: “Azərbaycan Ermənistana münasibətlərin normallaşdırılması ilə bağlı təkliflər göndərib və hazırda İrəvandan cavab gözləyir”.скачать dle 10.6фильмы бесплатно
Geri Qayıt