Seninem.Az > Gündəm / Manşet Yuxarı > Azərbaycanda daha 53 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb
Azərbaycanda daha 53 nəfər koronavirusa yoluxub, 7 nəfər ölübTarix: 14-03-2022, 16:02. Müəllif: admin |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb, 168 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Leqal.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 790 820 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 779 585 nəfər müalicə olunaraq sağalıb, 9 618 nəfər vəfat edib. 1 617 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 437, bu günə qədər isə ümumilikdə 6 635 319 test icra olunub. Geri Qayıt |