Bakıda sıxlıq olan yollar - SİYAHI

Bakıda sıxlıq olan yollar - SİYAHI

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakı yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən Manset.az-a bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;

2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

6. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

7. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər);

8. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;

9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

10. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində;

11. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

12. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

13. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

14. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

15. Babək prospekti, mərkəz istiqamətində;

16. “20 Yanvar” dairəsində;

17. Ağa Neymətulla küçəsi, “Nəriman Nərimanov” metro stansiyası istiqamətində;

18. Sabunçu-Zabrat şosesi, “Koroğlu” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.скачать dle 10.6фильмы бесплатно
17-10-2022, 09:37
Baxıs: 401
Reyting: